Azərbaycan Texnologiya Universiteti aşağıdakı fakültə və kafedralar üzrə vakant yerlər üçün müsabiqə elan edir

05 May

Azərbaycan Texnologiya Universiteti aşağıdakı fakültə və kafedralar üzrə vakant yerlər üçün müsabiqə elan edir:

  • Yüngül sənaye mühəndisliyi və logistika fakültəsi - dekan 
  • Kimya və metallurgiya mühəndisliyi kafedrası - professor (1 yer)
  • Avtomatika və informasiya texnologiyaları kafedrası – professor (1 yer)

Müsabiqədə iştirak etmək üçün sənədlər Azərbaycan Respublikası Təhsil Nazirliyinin F-100 nömrəli 05 fevral 2018-ci il tarixli “Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması qaydaları” və  401 nömrəli 07 avqust 1996-cı il tarixli “Ali təhsil müəssisələrində kafedra müdiri, professor-müəllim vəzifələrinin tutulması qaydaları haqqında” Əsasnaməyə uyğun olaraq elan olunduğu gündən başlayaraq 1 ay müddətində qəbul edilir.

Sənədlər təlimata uyğun olaraq rektorun adına yazılmış ərizə ilə birlikdə aşağıdakı ünvana təqdim edilməlidir:

Gəncə şəhəri, Ş.İ.Xətai pr. 103, AZ - 2011

Əlaqə: 022-257-56-29

 

 

 

 

131 dəfə oxunub