Tədris şöbəsi

Hüseynov Raqif Tofiq oğlu

Tədris şöbəsinin müdiri

(022) 257 11 70

[email protected]

Hüseynov Raqif Tofiq oğlu 1 sentyabr 1984-cü ildə Gəncə şəhərində anadan olub.

Bakalavr təhsilini 2002-2006-cı illərdə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının Aqrar İqdisadiyyat fakültəsində, magistr təhsilini Azərbaycan Dövlət Aqrar Universitetində alıb. 2007-2008-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının nəzdində fəaliyyət göstərən Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin təşkil etdiyi “Menecment” ixtisasartırma kursunda təhsil alıb. 

2008-2010-cu illərdə Gəncə şəhər Statistika İdarəsində aparıcı-iqdisadçı vəzifəsində çalışıb. 2010-2015-ci illər ərzində Gəncə şəhər Xəzər Təhsil Mərkəzində direktor vəzifəsində, 2014-2015-ci illər ərzində Azərbaycan Dövlət Aqrar Universitetinin “Aqrar siyasət və dünya iqtisadiyyatı” kafedrasında assistent, 2020-2021-ci illər ərzində Macarıstanın Budapeşt şəhərində fəaliyyət göstərən Tomori Pal Universitetində müəllim vəsifələrində çalışıb. 2021-ci ildən hal indiyədək Azərbaycan Texnologiya Universitetinin İqtisadiyyat və İdaretmə fakültəsinin Menecment kafedrasında assistent vəzifəsində çalışır. 

R.Hüseynov 2015-2016-cı illər ərzində Erasmus Mundus proqramı çərçivəsində Polşanın paytaxtı Varşava şəhərində fəaliyyət göstərən Varşava Təbiət Elmləri Universitetinin İqtisadiyyat fakültəsində elmi tədqiqat işləri aparıb. 2016-2020-ci illərdə Hökümətlərarası Təqaüd Proqramları çərçivəsində Macarıstan Respublikasının Sent İstvan Univeristetinin doktorantura pilləsinə qəbul olunaraq “Gəncə-Qazax iqtisadi rayonunun əsasında ərzaq təhlükəsizliyinin regional aspektləri” mövzusunda namizədlik dissertasiyası müdafiə edib, iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. 

Bir çox beynəlxalq layihələrdə tədqiqatçı və layihə rəhbəri vəzifələrini icra edib. Raqif Hüseynov dünyanın bir çox nüfuzlu elmi konfranslarının və elmi jurnallarının elm və təşkilat komitəsinin üzvü və sədridir. Dünyanın nüfuzlu “Scopus” və “Web of Science” elmmetrik bazalarında 25-dən çox elmi məqaləsi və 1 dərslik kitabı dərc edilib, eyni zamanda onun işlərinə dünyanın müxtəlif ölkərindən 100-ə yaxın istinad olunub və 1 patent müəllifidir. 

Raqif Hüseynov Polşanın paytaxtı Varşavada 17.12.2015-ci il tarixində Gənc Alimlərinin 1-ci Beynəlxalq Elmi Konfransını, 02.12.2016-cı ildə Varşavada Gənc Alimlərinin 2-ci Beynəlxalq Elmi Konfransını, 26.04.2018-ci il tarixində Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi münasibətilə Macarıstanın Sent İstvan Universitetində Gənc Alimlərinin 3-cü Beynəlxalq Elmi Konfransını  təşkil edib. Raqif Hüseynov elm və təhsil sahəsindəki xidmətlərinə görə Türkiyənin İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutu tərərfindən mükafatla təltif olunub. 

Yeni Azərbaycan Partiyasının üzvüdür.